Ömür yolu

Nəbzi Vətənin nəbzi ilə döyünən bir ziyalının ömr yolu!

      Əjdər İsmayılov 23 aprel 1936-cı ( ilkin sənədləşmədə yanlış olaraq 1938-ci il qeydə alınmışdı) Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində ziyalı ailəsində anadan olmuşdu. Onun rayon taxıl tədarükü idarəsinin müdiri olan, dərdlinin dərdini bölüşən, köməyə ehtiyacı olan hər kəsə təmənnasız əl uzadan, məsləhətləri ilə insanlara düzğün yol göstərən atası Tağı İsmayılov yüksək insani keyfiyyətlərinə və alicənablığına görə el arasında “Qızıl Taği” adıyla tanınardı. O, satışa gələn təzə kitabları alardı, axşam yeməyinin süfrəsi yığışandan sonra onu hündürdən oxuyardı. Bu “oxu” gecələri ibtidai məktəbin aşağı sinfidən başlayaraq Əjdər İsmayılovu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə gətirib çıxardı.
Məktəb illərində çalışqanlığı, xeyirxahlığı, sözünə bütünlüyü, iradəliliyi, inamlı və cəsarətliliyi ilə diqqəti çəkən Əjdər 1955-1956-cı dərs ilində Yengicə kənd orta məktəbini bitirdikdən sonra ədəbiyyat müəllimimin məsləhəti ilə görkəmli tənqidçi, əslən naxçıvanlı olan professor Əziz Şərifin Moskva Dövlət Universitetində kafedra müdiri olduğu “SSRİ Xalqlar Ədəbiyyati” üzürə təhsil almalı idi. O illərdə qızıl medal alan şagirdlər rusdilli universitetlərə imtahansız qəbul edilirdilər. Ancaq taleh bunu ona qismət etmədi. Orta məktəbin son buraxılış imtahanlarında komissiyanın sədri olan qonşu sinfin ədəbiyyat müəllimi məqsədli olaraq, ona ədəbiyyatdan yazılı imtahanda ona “3” qiyməti verir. Səbəb hər iki müəllimin arasında olan kəskin ixtilaflar idi. Halbu ki, Əjdər onuncu sinfədək yazıdan hər zaman “5” qiymət almışdı. Bundan sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu.
Əjdər universitet illərində Azərbaycan filologiyasını yeni istiqamətdə yaradan görkəmli mütəxəssis alimlərdən – Məmməd Arifdən, Məmməd Hüseyn Təhmasibdən, Mir Cəlaldan, Həmid Araslıdan, Mirzə Feyzulla Qasımzadədən, Məmməd Cəfərdən, Abbas Zamanovdan, Cəfər Xəndandan, Əli Fəhmidən dərs almışdı. Bu korifeylər onun gələcək elmi həyatında müstəsna rol oynamışlar.
Universitetin ikinci kursunda Əjdərin taleyində işıqlı, gələcəkli yol açılır. Belə ki, Moskva müsəlman Şərqinə səlahiyyətli səfir hazırlamaq məqsədilə İndoneziyanın Cakarta universitetində təhsil almağa bir yer ayırmışdı. Bu bölgüdə müsəlman respublikaları arasında Azərbaycana üstünlük verilmişdi. Bakı universitetinin rektoru dünya şöhrətli alim, akademik Yusif Məmədəliyev və filologiya fakültəsinin dekanı Azərbaycan elmi ictimaiyyəti arasında böyük nüfuzu olan professor Əli Sultanlı II kurs tələbəsi Əjdər İsmayılovun nümunəvi tələbələrdən olmasını, şəxsi keyfiyyətlərini və xüsusən tərcümeyi-halının dövr üçün qüsursuz olmasını nəzərə alaraq, böyük məsuliyyətlə onun namizədliyini irəli sürmüşlər. Bundan sonra o, beş ay Moskvanın və Bakının aid təşkilatlarının nümayəndələri tərəfindən təlimatlandırılmış, İndoneziya dilindən hazırlıq kurslarından keçmişdi. Səfərə hazırlaşdığı günlərdə ona İndoneziyanın təbiətinə uyğun olan beş dəst kostyum biçilib tikilmiş, xüsusi həkim baxışından keçirilmişdi. Cakartaya ucuşa beş gün qalmış İndoneziyada dövlət çevrilişi baş vermiş, prezident Sukarnonun yerinə Sukarto keçmişdi. Bu hadisədən sonra Əjdərin Cakarta arzuları boşa çıxmışdı.
1950-ci illərdə Bakının ali məktəblərində, o cümlədən şəhərin bütün kitabxana və klublarında yaradıcılıq dərnəkləri fəaliyyət göstərirdi. Bu dərnəklərin hər biri müxtəlif vaxtlarda tez-tez ayrı-ayrı sənətkarlara həsr edilmiş poeziya və nəsr gecələri keçirərdilər. Dərnəkləri tanınmış yazıçılar və şairlər aparardılar. Əjdər müzakirələrdə çox fəal iştirak edərdi. Dərnək yoldaşları arasında “Tribuna aşiqi” kimi tanınan Əjdərin yaradıcı gecələrin bəzilərində məruzəçi olaraq çıxış etməsi, onu ədəbiyyatşünaslığa gətirəcək ağır, məsuliyyətli və əsil mübarizə yolunun ilkin cığırını açmaqda xüsusi rol oynamışdı.
Universitet illərində yaradıcılıq yolunu seçməkdə Əjdərə görkəmli yazıçı Mirzə İbrahimov müstəsna rol oynamışdı.
Günlərin birində şair Tofiq Mütəllibovun rəhbərlik etdiyi keçmiş Lenin adına kitabxananın nəznində yradıcı gəncləri birləşdirən ədəbiyyat dərnəyi görkəmli yazıçı Mirzə İbrahimovun yaradıcılıq gecəsini keçirir. Əjdər ustad yazıçının Cənub Azərbaycan yaradıcılığı ilə əlaqədar məruzə edir. Məruzə ustadın marağına səbəb olur və əlyazma mətnini xahiş edir, onu özü ilə götürür. Həmin gecədə yazıçı yeni yazdığı “Mədinənin ürəyi” adlı uzun bir hekayənin əl yazısını oxudu. Hamının sevimlisi görkəmli müğənni Şövkət xanım Ələkbərova ürəklərə yol açan məlahətli səsi ilə gecəni yadda qalan bir xatirəyə çevirdi.
Əjdərin Mirzə İbrahimovla ikinci görüşü o zaman Azərbaycan Dövlət Universitetinin keçmişdə “Kaladez” adlandırılan küçədə yerləşən tələbə yataqxanası ilə divar qonşusu olan orta məktəbdə baş tutmuşdu. Həmin məktəbdə petaqoji təcrübə keçən Universitetin filoloji fakültəsinin tələbələri yazıçını görüşə çağırmışdılar.
Artıq “Mədinənin ürəyi” hekayəsi qəzetdə bir neçə sayda çap edilmişdi. Əjdər hekayənin qəzet variantı ətrafında son qeydlərini edib, həmin məktəbə aparan küçə ilə baş yuxarı qalxanda Mirzə İbrahimovun qapıların nomrəsinə baxa-baxa irəlilədiyini görür. Onlar birlikdə məktəbə gəlirlər. Zal ağzınadək dolu idi, hörmətli qonağı gözləyirdi.
Yığınçaq açıldı, çıxışlar başlandı. “Mədinənin ürəyi” hekayəsi ətrafında müxtəlif fikirlər səsləndi. Əjdər çıxışında hekayənin müsbət keyfiyyətləri ilə yanaşı, əsərdə uzadılmış bəzi hadisələrin təsvirinin süjet xəttində pərakəndəlik yaratmasından, bu səbəbdən xüsusən Mədinə obrazını bədii-estetik baxımdan tamamlayacaq psixoloji məqamlarların tələb edilən səviyyədə əsaslandırılmamasından danışdı və sübut üçün nümunələr gətirməklə fikrini tamamladı.
Məsələnin başqa istiqamətə yönəldiyini görən əsərin məruzəçisi məktəbin ədəbiyyat müəllimi İbrahim Zülfüqarov söz alıb təkrar tribunaya çıxdı və Əjdərin kəskin danışdığını, onun fikirlərinin düzgün olmadığını söylədi.
Son sözdə Mirzə müəllim ayağa qalxdı, onu dəvət edənlərə, səmimi çıxışları ilə diqqət çəkənlərə ayrı-ayrılıqda öz minnətdarlığını bildirdi. Söhbət Əjdərə çatanda yazıçı gülümsəyərək dedi: “İbrahim müəllimə elə gəldi ki, Əjdər balanın kəskin, lakin səmimi fikirləri mənim ürəyimi atəşə atdı, o, da cavabında su atıb atəşi söndürməyə çalışdı. Əjdər balanın dedikləri həqiqətdi. Hekayədə lazım olmayan uzun təsvirlər Mədinə obrazının mənim istədiyim səviyyədə yaradılmamasına gətirib çıxarmışdı. Kitabı bu günlərdə nəşr etdirəcəyəm, deyilənləri nəzərə alacağam.”
Görüş qurtarandan sonra İbrahim müəllim qonağı məktəb kollektivi adından təbrik etdi və ona böyük gül çələyi təqdim etdi. O, yazıçını evinədək yola salmaq üçün gül çələyini X sinif şagirdlərindən birinə verdi. Mirzə müəllim dedi ki, çox sağ olun, siz zəhmət çəkməyin, mən Əjdər bala ilə gedəcəm.
Onlar küçəyə çıxdılar. Yağış yenicə kəsmişdi. Əjdər Mirzə müəllimə təklif edir ki, taksi tutum. O,etiraz edir:”söhbətləşə-söhbətləşə gedərik deir”.
Mirzə müəllim yol boyu keçmiş həyatından, Ali Sovetin sədri olduğu dövrdən maraqlı, ibrətamiz söhbətlər edir. Söhbət zamanı tələbənin ictimai hadisələrə təcrübəli bir adam kimi mühakiməli yanaşması, fikrində məntiqli, sözündə mübarizlik açıq şəkildə yazıçının diqqətini çəkir.
Ev qapısına çatanda yazıçı qapının elektrik zənginin düyməsini basır, çox çəkmir ki, qapı açılır, xidmətçi qadın gül dəstəsini alır. Əjdər xüdafizləşib geri dönmək istərkən, Mirzə müəllim ona: “keç içəri, bir istəkan çayımızı iç”-dedi.
Bundan sonra Əjdərin Mirzə İbrahimovun evinə ayağı açılır. O, yazıçıya yazdığı bir neçə hekayənin əlyazmasını təqdim edir. Mirzə İbrahimov hekayələri oxuduqdan sonra deyir: “Hekayələri diqqətlə oxudum, bunları çap etdirmək olar. Ancaq ədəbi yaradıcılığa görə sənin tanınmış yazıçı olacağına zəmanət verə bilmərə. Əjdər, bala, mən yaradıcılığımda “Gələcək gün” romanının Mirzə İbrahimovuyam. Sənin qələmində ədəbi tənqid mənim diqqətimi çəkir, bu sahədə sənə ümidim var”.
Görkəmli yazıçının qiymətli məsləhəti Əjdərə gələcək elmi yolunun dəqiqləşdirməyə kömək etmiş oldu.
Əjdər İsmayılov 1960-1961 – ci dərs ilində ADU-nu bitirib, anadan olduğu Çomaxtur kənd səkkiz illik məktəbində pedağoji fəaliyyətə başlamışdı. İkinci ay müəllim işləyirdi ki, rayon komsomol təşkilatının birinci katibinin dəvəti ilə onun qəbuluna gəlir. Məlum olur ki, katib rayon partiya komitəsində II katib vəzifəsinə keçməlidi, ancaq Vilayət Komsomol Komitəsi onu buraxmır: “öz yerinə layiqli namizəd tap”-deyir.
Əjdər müəllim diqqətə görə katibə minnətdarlığını bildirir və ona aspiranturaya gedəcəyini söyləyir.
Aradan iki gün keçəndən sonra o, katibin dəvətilə təkrar qəbulda olur. Katib sabah onu Naxçıvan şəhərində Vilayət Komsomol Komitəsinin birinçi katibi gözlədiyini deyir.
Əjdər müəllim deyilən vaxtda birinci katibin qəbulunda olur. Katib onu gülər üzlə qarşılayır, ordan-burdan səmimi söhbətlər salır.
Əjdər müəllimi rayon katibi kimi, onu Vilayət katibi də yaxşı tanıyırdı, onun layiqli partiya kadrı olaçağına inanırdı. Əjdər müəllim universitet illərində tələbə elmi cəmiyyətinin xətti ilə Şərur rayon məktəblərində tətil və el bayramları günlərində dinləyicilərin qəlbinə yol açan maraqlı mühazirələri ilə təbliğatçı və təşviqatçı kimi hörmət qazanmışdı. Ona görə də o, rayon komsomol komitəsində məruzəçilər qrupunun rəhbəri seçilmişdi. Bu etimada görə onu rayon təşkilatında məsul rəhbər vəzifəyə çəkmək istəyirdilər. Katiblə məmurdan çox səmimi ziyalı söhbətində məsələ təklif edilən vəzifə üstünə gəldikdə Əjdər müəllim əvvəlki fikrində qalır. Məmur olmaq onun ağlına belə gəlməzdi.
Çomaxtur kənd məktəbində iki il müəllim işlədikdən sonra Əjdər İsmayılov 1963-cü ildə rejisorluq fakültəsinə daxil olmaq üçün sənədlərini Azərbaycan Teatr İnstitutunun qəbul şöbəsinə təqdim edir. O, aktyor sənətindən imtahanda səhnədən Otellonun Dezdamonanı (V. Şekspirin “Otello” faciəsi) boğdüğu səhnəni və İblisin son monoloqunu (H.Cavidin “İblis” faciəsi) xüsusi məharətlə obraza girərək ifa edərkən səsə qonşu otağın ara qapısından içəri daxil olan rektoru və incəsənət korifeylərindən ibarət olan mötəbər komissiya üzvülərini çox razı salmışdı.
Əjdər İsmayılov 1963-1965-ci illərdə teatr tariximizin iki korifey sənətkarının – rejisor Mehdi Məmmədovun, aktyor Rza Təhmasibin tələbəsi olmuşdu. O, üzürlü səbəbə görə təhsilini yarımçıq qoymuşdu.
1965-1967-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasında əməkdaşı olmuşdur.
1967-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin qərari ilə DİN-nin əməkdaşı sıralarından “Şərq qapısı” qəzetinə əməkdaşlığa keçirilmiş və 1968-ci ilədək qəzetdə fəaliyyət göstərmişdi.
1968-1969-cu dərs ilində Çomaxtur kənd səkkiz illik məktəbində yenidən müəllimlik fəaliyyətinə başlamışdı. Təəccüblüdü, bu məktəb on yeddi ildi ki, ibtidai tədrisdən səkkizillik tədrisinə keçmişdi. Bu müddətdə valideynlər məktəb direktorunun fəaliyyətsizliyi səbəbindən müəllimlərin günlərlə tez-tez dərs buraxmalarından, dərslərin keyfiyyətsizliyindən, valideynin adi suallarına övladlarının cavab verməkdə çətinlik çəkdiklərindən Vilayət Maarif Nazirliyinə və rayon maarif şöbəsinə dəfələrlə şikayət ərizəsi yazmışlar. Ancaq şikayətlər nəticəsiz qalmışdı.
Son günlər rayon partiya komitəsinin birinci katibi dəyişdirildikdən sonra o,da maarif şöbə müdirini başqası ilə əvəz edir.
Günlərin birində yeni şöbə müdiri Əjdər müəllimə məktəbin direktoru vəzifəsini təklif edir. O, qəbul etmir və deyir ki, mən dissertasiya üzərində işləyir. Buna görə də lazım gələndə öz hesabına icazə alır, material üçün Bakı, Moskva və Leninqrad şəhər kitabxanalarına getməli olur. Şöbə müdiri israrlı idi. O, deyir: ” Mənə kömək edin. O məktəbi ancaq Siz xilas edə bilərsiniz. Bu barədə katibin də razılığını almışam. Siz işləri yoluna qoyun, haçan kitabxanalara getmək istəsəniz gedərsiniz.”
Əjdər müəllim bir daha şöbə müdirini qırmır, ancaq onun qarşısında şərt qoyur: “Tədrisi nümunəvi səviyyəyə qaldırmaq üçün müharibə dövrü çiy kərpicdən tikilmiş məktəb üçün tam yararsız olan binadan xilas olmaq, səkkiz illiyi orta məktəbə çevirmək və bunun üçün ayrıca bir sahədə müasir tələblərə uyğun yeni məktəb binası tikmək lazımdı.”
Razılaşırlar. Ancaq rayonun planında yaxın gələcəkdə Çomaxtur kəndində nə yeni məktəb binası tikmək, nə də orada səkkiz illik məktəbi orta məktəbə çevirmək nəzərdə tutulmuşdu.
Əjdər müəllim 1974-1975-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirdiyi və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasını tez bir zamanda inşa etməyə şəxsən nəzarət etmiş və məktəb direktoru işləmişdi. O, dərs prosesinə nəzarət etmək məqsədilə müdir otağında qoyulmuş saat yarım yazan yeni tipli maqnitefonla radiolaşdırılmış sinif otaqları ilə bir başa əlaqə yaradılmışdı. Dinlənilən dərslər bütün müəllimlərin iştirakı ilə “açıq dərs” kimi müzakirə edilərdi.
Əjdər müəllimin kimsənin ağlına gəlməyən bu metodu müəllimlərin məsuliyyətini artırdı, tez bir zamanda tədrisdə açıq-aydın şəkildə çevriliş yarandı. Elə buna görə də tədrisin birinci rübündə Əjdər müəllim maarif şöbə müdirinin adına ərizə ilə mürciət edir ki, məktəbə komissiya göndərsin, yoxlamanın nəticəsi maarif şöbəsinin yanında fəaliyyət göstərən pedağoji şurada müzakirə edilsin. Onun bu müraciəti müdirdən təftişçilərədək qəribə qarşılandı. Çünki bu günə kimi heç bir məktəb direktoru maarif şöbəsindən nəinki xahiş etməmişdi, hətta arzulamazdı ki, onun rəhbərlik etdiyi məktəbə maarifdən yoxlama gəlsin və nəticə maarifyanı pedağoji şurada müzakirəyə qoyulsun.
Şuranın müsbət qərarı rayona səs saldı. Dərs ilinin sonunda Naxçıvana səfər edən Maarif Naziri Mehdizadənin Çomaxtur kənd orta məktəbinə gəlməsi təsadüfü deyildi.
Əjdər müəllim 1977-çi ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Naxçıvan Pedağoji İnstitutuna dəvət edilmiş, Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir