Müsahibə və barəsində yazılar, Xəbərlər

Tanınmış alim Əjdər İsmayılovun 80 illik yubileyi

Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşünas, ictimai-siyasi xadim, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri tanınmış alim professor Əjdər İsmayılovun 80 illik yubileyi yaxınlaşır. Əjdər İsmayılov özünün tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən və erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını beynəlxalq aləmə bəyan edən dəyərli alimimizdir. Professor Əjdər İsmayılov Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınmaqdadır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. Eyni zamanda məşhur 91-lərdən və Yeni Azərbaycan partiyasının yaradıcılarındandır. Dəyərli alim Əjdər İsmayılovu 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq və şəxsi həyatında uğurlar arzulayırıq.

 

http://palitranews.az/news.php?id=84430

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir