Kateqoriyasız

Partiyamızın lideri xalqdlr!

Təqdim etdiyimiz bu yazı 1992-ci il noyabrın 7-də “Səs” qəzetində çap
olunub. O dövrdə bunun həm qəzet, həm də müəllif üçün nə demək olduğunu başa düşmək çətin deyil – böyük risqdi.
Məqalənin maraq doğuracağını nəzərə alıb onu ixtisarla diqqətinizə çatdırırıq.

Naxçıvan MR Ali Məclisinin sədri kreslosuna, sözün müstəqim mənasında, xalqın çiyinlərində qalxmış Heydər bəyin az keçmədən Azərbaycan prezidenti kreslosunda da həmin etibarlı ciyinlərdə gələcəyindən bərk qorxurdular. Ona görə də dövlət başçısı olsa da, A.Mütəllibov qanunatabe olmalı halda, qanunları öz karyerasına qurban edərkən nə xalqın tənəsinə məhəl qoydu, nə də adamların nifrətində çəkindi. Heç bir ədalətə, insani keyfiyyətə, əxlaq ölçüsünə uyğun gəlməyən zorakılıqla Azərbaycan Konstitusiyasına yaş məhdudiyyəti maddəsi qoydurmağa nail oldu. Bu hərəkəti ilə o, nəinki Azərbaycan xalqına hörmətsizlik etmiş oldu (aqil qocalarımızın ləyaqətinə təcavuz etdi!), hətta Azərbaycanın tərkib hissəsi olan Naxçıvan ölkəsinə açıq müharibə elan etdi. Heydər bəy çiyinlərində hakimiyətə xilaskar bir qüdrət kimi aparacağından ehtiyat edən A.Mütəllibov bununla xalqın ayaqları altına kötük diyirləmiş oldu. O, bu ədalətsiz əməli ilə sakitləşmədi. Konstitutsiyada Azərbaycana unitar dövlət damğası vurmaqla Naxçıvanın muxtar hüquqlarını ayaqlar altında atmağa çalışı, onu yedirən, doyuran geniş xalq kütləsinin haqq səsinə məhəl belə qoymadı. A.Mütəllibov və onun komandası bu çirkin xəyanətkar əməlləri ilə 350 min nəfər Naxçıvan əhalisinə, ha belə  ümumən Azərbaycan xalqına düşmənçilik etmiş oldu. Mənsəb hərisliyi bu milli xatagünün şöhrət pərdəsi örtümüş gözlərini o dərəcədə tutdu ki, o, heçdə fikirləşmədi ki, Naxçıvan MR-in statusu bu gün nəyin ki, Azərbaycanın gələcəyi üçün, ha belə Qafqazdan əl götürmək istməyən dünya kapitalının çirkin niyyətlərinə qarşı (türk dövləti qarşısında erməni-xristian tarazlığı yaratmaq). Yaxın və Orta Şərq üçün yalnız mühüm məsələ deyil, həyat məsələsidir.

Yaxın və orta şərqdə – bütün müsəlman ölkələri arasında qüdrətli iqtisadi və hərbi potensiallı dövlət olacağına əsas verən zəngin Müstəqil Azərbaycanın yaranması əleyhinə olan düşmənlərimiz Heydər bəy siyasət meydanına təkrar qayıdarkən onu başqa soy və dindən onlara panislamist və pantürkist nişanlı təhlükəli bir kabus kimi təqdim edərkən haradasa haqlı idilər. Əlbətdə, nəinki Azərbaycanı, bütün islam dünyasını rahatloxum timsalında udmağa açıq-aşkar hərislik göstərərək vahid xritsian evi düzəltmiş XXI əsrin səlibçilərinin müsəlman Şərqində atom silahı olması əleyhinə olduqları kimi, bu gün üçün ən dağıdıcı bombadan da qüdrətli ilahi zəkadan işıq almış siyasi silaha malik olan Heydər Paşa Atatürk Fenomeninə qənim kəsilmələrini səbəbini başa düşmək olar. Əlbətdə, düşmən düşmndir!!!

Hadisələrin iştirakçısı olmuş bizlər bu gün gizlətmədən etiraf edirik ki, Heydər bəyin çevik siyasi ağılla gördüyün hissedilməz tədbirlər nəticəsində Moskvanın Azərbaycan xalqının müstəqilliyinə qarşı qurduğu yeni dəmir qəfəs 15 may 1992-ci il tarixdə baş vermiş hadisə ilə parçalandı, imperiya agentlərinin Bakıda salacaqları qardaş qırğınının qarşısı alındı, günahsız insanlar böyük iblisin yeni fəlakətlərindən xilas edildilər. Milli azadlıq eşqi ilə çırpınan xalq kütləsi keçən təlatümlü, həyəcanlı meydanlarda yeni-yeni ortaya çıxmış (həyat göstərir ki, yad əllərlə çıxarılmış) “millət hamiləri”-nin bol-bol “xoşbəxt”, “demokratik”, “müstəqil” Azərbaycan yaradacaqlarına və milləti süd gölündə üzdürəcəkləri vədlərinə inandı və sadəlövh uşaqsayaı aldandığını bu gün tərəddüdsüz başa düşdü.

Altı aydan artıq bir müddətdə Azərbaycan Respublikasında müxtəlif kanallarla apardığımız rəy sorğusundan sonra əhalinin 90% çoxunu verdiyi müsbət cavabdan tam aydın oldu ki, (bu sorğudan sonra respublika ziyalılarının Heydər bəyə “Azərbaycan sizin sözünüzü gösləyir” adlı müraciətinin qəzetlərdə buraxılması məsləhət görüldü) “azadlıq” və “müstəqillik” adında siyasət pərdəsinə büründürülmüş “xoşbəxtlik” dəyənəyi ilə ilə başından zərbə yeyən xalq yavaş-yavaş özünə gəlir-milli xilaskara qovuşmağa can atır. Bunun canlı nümunəsidri ki, xalq bu gün milli müstəqil dövlətçiliyə gedən yolunun ilahi müdrik zəkasını, ata qəlbinin, Vətən sevgisinin nuru ilə işıqlandıran və dörd ətrafında qaldırılan hay-küyə məhəl qoymadan tropik fil addımları ilə, bəbir cəsarəti və həsaslığı ilə öz siyasi məqsədinə doğru inamla irəliləyən XX əsr milli tariximizin bəşəriyyətə bəxş etdiyi aqil oğlunun, Allah töhfəsi olan Heydər Paşa Atatürkün şəxsində xilaskarını tapdı. Elə bu inamın nəticəsidir ki, 24 oktyabr 1992-ci il tarixdə Azərbaycanda hakimiyyətdə olan bəzi şəxslərin yerli qara qüvvələrlə Naxçıvanda gizli təşkil etdikləri dövlət çevrilişi zamanı Heydər bəyi nə hüquq-mühafizə orqanları, nə də hərbi qüvvələr, hətta ayrı-ayrı nazirlər, yağılı idarə müdirləri deyil məhz onu xilaskar hesab edən sadə xalq kütləsi – qocalar, cavanlar, qız-gəlinlər, bir sözlə, naxçıvanlıların namusu və qeyrəti öz sinəsi ilə müdafiə etdi. El ağsaqqalını namərd gülləsindən qoruyan saysız əhali neçə gecə-gündüz Ali Məclisin ətarfından kənara addım atmadı. Xalq məhəbbətini milli xəyanətə, namərdliyə çaldığı qələbnin sədası bir sıra dünya informasiya vasitələri ilə beynəlxalq aləmə yayıldı. 24 oktyabr hadisəsinin iki mənası dünya ictimaiyyətinə çatdı.

BİRİNCİ. Bəlli oldu ki, xalq adıyla hakimiyyət gəlmiş qüvvələr nəinki kütlədən uzaqdırlar, hətta onlar dövlət katibi Pənah Hüseynovun “əgər xalqın 95% bizi istəməsədə, biz öz siyasətimizi davam etdirəcəyik” -deyə Azərbaycan Televiziyasının dialoq verilişində bəyan etdiyi – açıq-aşkar xalqa meydan oxuduğu siyasətin praktik bəhrəsi olaraq Naxçıvan əhalisinə qarşı qranatomyot, pulemyot, avtomat və qumbaralarla silahlanıb zirehli döyüş maşınları ilə hücuma keçən Naxçıvan və Ordubad xalq cəbhələrinin milli xəyanətlərindən kimliklərini ifşa etmiş oldular.

İKİNCİ. Xalq itirilmiş inamını aqil, müdrik bir şəxsiyyətin fədai simasında tapdı və ona tərəddüdsüz qovuşdu!

O dövlət başçısı xoşbəxtdir ki, onu top-tüfəng deyil, millət sevgisi qoruyur. Elin məhəbbətini qazanmış xilaskar şəxsiyyətlərin qədim Şərq dastanlarında Allah tərəfindən göndərilmiş ilahi qüdrət olaraq təqdim edilmələri uydurma deyil, həqiqətdir, real tarixdi – müqtədir şəxsiyyətin mifləşməsidir.

Yeni Azərbaycan Partiyası xalqın Heydər bəyə olan bu dəruni sevgisini zəruri tələbi ki meydana çıxır. Təsadüfi deyildir ki, partiyamızın lideri xalqıdır! Xalq üçün ögey-doğmalıq yoxdur; sağlamda olsa, şikəstdə olsa övlad övladdır.  Elə buna görə də xalqımızın ruhundan doğulan Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan AXC liderlərinin kreslodan bərk-bərk yapəışmaq xatirinə xalqı parçalayan, siyasi siniflər və zümrələr platforması baxımından bolşeviklərin “bizimkilər”, “yadlar” öçüsü ilə Vətənin bötüvlüyünə, gələcək müstəqilliyinə əngəl törədən yabançı mövqeyindən fərqli olaraq xalqımızın arzu etdiyi əsl xoşbəxt müstəqil Azərbaycan dövlətçiliyini yaratmaq üçün öz ətrafında dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanları bu keyfiyyətlərə malik olan bütün Azərbaycan vətəndaşlarını, ha belə Respublikasımını hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı birləşdirəcək milyonların partiyasına çevriləcəkdir. Xalq partiyaya deyil, partiya xalqa xidmət edəcəkdir! Çünki Yeni Azərbaycan Partiyası xalqımızın daxili dünyasında baş vermiş ziddiyyət və böhranların işıqlanmasını, onun siyası-ictimai həyatda tutduğu mövqedə qətiləşməsini zəruri tələbi olaraq doğulur.

Anamız Azərbaycanı ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağında artıq “doğum şəhadətnaməsi” almış Yeni Azərbaycan Partiyası müstəqil və toxunulmaz milli dövlət yaratmaq naminə onun “doğulmasına” ehtiyac hiss edən onu həyata gətirən qeyrətli vətən övladlarını yaxın-uzaq bütün soydaşları-babalarımızın, nənələrimizin ruhundan yaranmış, üzərində gəzdiyimiz müqəddəs torpağın fəryadını eşidən, günhasız igidlərimizin, körpə balalarımızın, nakam cavanlarımızın teyfini gecə-gündüz çiyin-çiyinə hiss edən, qara yaylıq qız-gəlinimizin için-için yanıb külə çevrildiyini görən, cənnət Qarabağın torpağından, daşından bulaq suyu əvəzinə süzülən igidlərimizin qanını göz önündən bir  an da kənarlaşdıra bilməyən nəhayət, elin faciəsini şəxsi ailə faciəsi hesab edən bütün Vətən övladlarfını dönməz, əyilməz, əz və qəti addımlarla öz sıralarına görür!
Yeni Azərbaycan Partiyası “intiqama intiqam!” cəhaləti ilə yaşayanları yeni müstəqil Azərbaycan Dövlətinin yaranmasını təhlükəyə atan, ölkəmizdə dəhşətli cəhənnəm yarada biləcək bu iblis niyyətindən əl çəkməyə, bu gün köməyə ehtiyacı olan biçarə xalqa arxadan zərbə endirənləri mürvətə, insafa çağırır, onları insani aliliyə, kamilliyə dəvət edir!

Professor Əjdər Tağıoğlu

Naxçıvan qəzeti.  29 noyabr.1997-ci il  N83(267)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir