Kateqoriyasız

Erməni millətçiliyi və bizimkilər.

Bu əsər çoxdan yazılmalı idi. Əslində, onun indi iki yox, 300 il­lik yaşı ol­malı idi. O gündən ki erməni kilsəsi, erməni keşişləri öz­lə­ri­nin tarixi «işgil» adını  üstlərindən götürməyə çalışıb, o zaman ki er­mə­­nilər olmaya-olmaya özlərinə tarixi «vətən», «Böyük Arme­ni­ya», sax­­ta tarix kitabları yaratmağa başlayıblar,  bu kitab və bu cür ki­tab­lar o zamandan meydana çıxmalı idi.

Çox gecdir, ermənilər keçən 300 ilin müddətində uydurduqları ta­rixi hadi­sələr barədə qəsdən dolaşdırılmış halda, ziddiyyətli şəkildə o qədər yazılar mey­dana çıxarıblar  ki, az qala, bütün uydurduqlarını hə­qi­qə­tə çeviriblər, tarixdən xə­bərsizləri inandırmaq dərəcəsinə gətiriblər.

Amma yenə çox böyük hadisədir: axır ki türkün bir oğlu tapıldı və 300 illik erməni mifini vurub dağıtdı, puça çıxartdı. Bu, filologiya elm­­ləri dok­toru, pro­fessor Əjdər Tağı oğlu İsmayılovun  çox böyük zəh­­mətin nə­ti­cəsində meydana gə­tir­diyi «Qədim Ön Asiya və Ön Qaf­­qaz türk tay­fa­la­rı»  (Bakı, «Nurlan», 2006) adlı 42 çap vərəqi həc­min­­də kitabıdır.

Kitabdan aydın olur ki, erməni irtica maşınının tarixi o qədər də cavan deyil – XVIII əsrin əvvəllərindən başlayıb və iki əsas mər­kəz­dən idarə olunub. Mərkəzlərdən biri 1717-ci ildə Venetsiya yaxınlı­ğın­­da­kı Müqəddəs Lazar ada­sında inşa edilmiş katolik kilsəsində yara­dıl­­­mış mxitaristlər dərnəyi olmuş, o bi­rinin əsası həmin əsrin əv­vəl­lə­rin­­də Mos­kvada yaradılmış Musin-Puşkin məktə­bində qo­yulmuşdur. Mxi­­ta­rist­lərin əsas məqsədi Şərq rəvayətlərini  erməni ta­­rixinə uy­ğun­­­laş­dır­maq, qədim türk torpaqlarını «Böyük Armeniya» əra­ziləri ki­mi təqdim et­mək və ermənilərə «tarix yaratmaq» ol­muşdur. Bunun üçün onlar ilk növ­bədə Van gölü ətrafındakı qədim türk ərazilərindən, biy adlı türk tay­fa tor­paqlarından – Biainidən başlamışlar. Venetsiya er­­məni kilsəsi müm­kün olan və olmayan hər cür saxtakarlığa əl at­mış­lar,

Tarixdən məlumdur ki, bir vaxtlar (e.ə. 2-ci əsr) Selevkilər döv­lə­­ti zəif­lədikdə, III Antioxun məğlubiyyətindən sonra Suriya tər­ki­bin­də olan kiçik Arme  (Supria) vilayəti müstəqil çarlığı çevrilmişdir  Ve­­net­­siya kilsə xadimləri 2000 il sonra Arme sözündən yapışaraq, tə­sa­­dü­­­fi oxşarlıq əsasında bu vilayəti  tarixən heç bir yurdu-yuvası ol­ma­yan ermənilərin «baba yurdu» kimi qələmə vermiş,  saysız yazılar çap edə­­­rək, çox böyük sürətlə ermənilərə dəxli olmayan «Arme» sözünü «Ar­­me­­­niya» şəklinə salmışlar.

Maday əsilli Artaksid (Atropatena əsilzadəsi)  Atropatena tor­paq­­­­la­rını   bir­ləş­dirərək 200 illik  Artaksias sülaləsinin əsasını qoy­muş­­­dur. Er­məni katolik kil­sə­si Artaksiasın şərəfinə nəğmə və rə­va­yət­­­ləri er­mə­ni­ləşdirərək,   Artaksiası Ar­taşes adı ilə erməni çarı kimi  qə­­­ləmə ver­miş, uydurma «Böyük Armeniya» mifi yaratmışlar. Düzəlt­dik­­­ləri saxta xə­ritəyə əsasən onların bu uydurma çarlığı Kiçik Asi­ya­nın şərq əya­lət­lərindən Göyçə gölünün şərqinədək uzanıb gedir.

1811-ci ildə mxitaristlər Venada yeni mərkəz yaradır, xristianlı­ğa qə­­dərki erməni tarixinə dair uydurma yazılarla dolu aylıq jurnal bu­ra­xır və bu dövrdə  «Böyük Armeniya»nın – uydurma «Arşakidlər sü­la­lə­­si»nin «əsa­­sını qoyurlar».  Albaniyanın beş əsrlik Arşakilər sülalə­si­nin Bər­də­də yer­­ləşən Arşaki valisini «er­mənilərin çar babası» kimi təq­­dim edir­lər.  Me­­­sopotamiyanın şimalından baş­la­yaraq, Xəzərədək olan geniş sa­hə­nin in­­zibati xəritəsini cızıb, üzərində iri qara hərflərlə  «Bö­yük Ar­me­niya» söz­lərini yazırlar. Beləliklə, heç bir arxeoloji, linq­­vistik ma­te­­ri­a­la əsas­lan­ma­dan türk yurdu üzərində bu sözləri yazaraq saxta tarix­çi­lə­­rin əlinə uy­dur­ma material verirlər.  Ən böyük yaramazlıq isə ondan iba­­­rət o­l­muşdur  ki, başqa ölkələrin qədim alimlərinin əsərlərinin tər­cü­­mə­si zamanı əsərə «Ar­meniya» barədə çoxsaylı uydurma əlavələr da­­xil et­miş, qədim əsər­ləri sax­talaşdırmış, korlamış və bəşər tarixini do­­laş­dır­mış­lar.

Budur, Moisey Xorenski adına yazılan «Arrmeniya tarixi»ndə iki er­məni çarı haqqında danışılır: onlardan biri «Atarpatena əsil­za­də­si», «Ma­day nəsilli» Artaşes, o biri Parf (Parfiya) əsilli «Ar­ta­şes Ar­şa­ku­­ni» ad­lanır və sual ve­rən yox­dur ki, Maday-Atarpatena və türk-Parf əsil­li bu adam­lar və bunların öl­­kəsi necə erməni çarı və er­mə­ni ölkəsi ola bilər?

Ə.İsmayılov yazır:  «Qoyun  dərisinə bürünmüş xristian qar­daş­la­­­rı­nın qu­­zu kimi mələrtisindən kövrəlmiş Avropa tarixçiləri öz alim-in­­san  vic­dan­la­rına xə­yanət edərək, düşünmək belə istəməmişlər ki, bə­­şər ta­ri­xi­nin heç bir döv­ründə  erməni  xalqının «Armeniya» adında  nə­inki «bö­yük», nə­inki «ki­çik», hətta çöçələ bar­mağım boyda  «döv­lə­ti» mövcud ol­ma­mış­dır».

Ermənilər bu cür uydurmalarla  kifayətlənməyərək, atəş­gah­lar­da­­­­kı türk mə­nəvi mədəniyyətini mənimsəmiş, mifoloji hadisələri  öz­lə­­­­rinə uy­ğun­laşdırmış və ya  məhv etmişlər. Bu sahədə Kilikiya və Ve­­­­­netsiya ke­şiş­ləri aparıcı rol oy­namışlar: «Əlimizdə olan sə­nəd­lər­dən  təkzibedilməz bir həqiqət aşkar olur ki,  XIX əsrin əvvəllərindən baş­­­­layaraq günümüzə qə­dər  dünya erməni diasporunun  ümumtürk ta­ri­­­­xinə, xüsusən  onun ay­rıl­maz tərkib hissəsi olan  Osmanlı və Azər­bay­­­­can türklərinə  qarşı yeni dövr Səlib yürüşünün təşkilində  Kilikiya və Ve­net­siya keşişlərinin  ha­zır­la­dıqları mifik  «Böyük Armeniya»   ide­­­oloji irtica maşı­nı­nın  xidmətləri ağ­lasığmazdır».

Ermənilərin tarixi məqsədlərindən biri hələ vaxtilə  – rus qar­daş­­larından əvvəl erməni xisləti ilə ərəblərin gəlişindən istifadə et­mək­­lə Azərbaycan türk torpağında özlərinə «vətən» yaratmaq olmuş və bu arzularını tədricən bizim tor­paqlar hesabına həyata keçirmişlər də. Qələbə üçün işğalçılara daim yardımçı olmuşlar. Babəki bu yolla ələ vermişlər. Bu məqsədlə onlar yalnız  kahinlərin deyil,  «çar­ların da qay­­­­ğı ilə qoruduqları» Azərbaycan atəşgahlarındakı mənəvi mədəniy­yə­­­ti, tarixi sənədləri qarət edib Kilikiyaya daşımışlar. Erməni kilsə­lə­rin­­­­dən başqa, heç yerdə olmayan «Böyük Armeniya» xəritəsi cızıb, cə­­­nubi Azərbaycan torpaq­la­rından şimalda Voronej şəhərinə qədər bü­­­tün əraziləri «Armeniya» adlandırmış və bu «Armeniya»ları I Ar­me­­­niya, II  Armeniya, III  Armeniya, IV Armeniya kimi  neçə «Arme­ni­­­ya»ya ayırmışlar. Bunlar dəlinin qeydlərinə bənzəyir. Və bu yolda «…yerli türk əhalisinə qarşı qətl və qarət, terror və təxribat mübari­zə­si apar­­mış­lar». Osmanlı imperiyasının zəiflədiyi günlərdə fürsətdən is­­­ti­fa­də edərək ingilis, fransız və rus xristian qardaşlarına sığınaraq,  Ki­­­çik Asi­yada və Qafqazda  onlara vaxtilə yer və çörək vermiş türk­lə­ri süngü və qılıncdan keçirmiş, onların vətəninin mühüm bir hissəsinə sa­­­hib ol­muş­lar. Qərbi Azərbaycan torpaqlarında 350 min Azərbaycan tür­­­künü çı­xaracaqları ərəfədə  ermənilərin katalikosu Vazgenin işta­ha­sı daha da ço­xalmışdır. 12 iyun 1988-ci ildə onun dedikləri:

 «…Nə giz­­lədək, torpaqlarımızın – Böyük Armeniya tor­paq­la­rı­nın hələ heç də ha­­mısı öz əlimizdə deyildir; lakin vaxt gələcək  biz on­­la­rı alacaq  və məs­­kunlaşdıracağıq! Bu vaxt o qədər də uzaqda de­yil…

Ey övladlarım, sakitcə, səs-küy qoparmadan  doğma torpaqda qo­­­humlarınıza da ev-eşik alın, yerli sakinləri yola gətirin köçüb get­sin­lər, münbit torpaqları ələ keçirin, kök salın, millətimizdə  olan kadr­la­rın çoxalmasına mümkün qədər kömək edin.  Rəhbər vəzifələr tutun, al­­­lah bunun üçün sizdən ağıl əsirgəməmişdir. Bö­yük Armeniyanın bö­yük­­lüyünü  yalnız bu yolla qaytarmaq olar».

Bu cür irticaçı siyasətin başlanğıcı XVII əsrdəndir. Onlar türk tor­­­paqları hesabına «Armeniya» torpaqları  «müəyyən etmək» və sax­ta «Armeniya tarixi» ya­ratmaq üçün 300 ildir ki, xristian muzdlu alim kö­­­lələrdən istifadə edirlər. Nə­ticədə, V əsrə aid Moisey Xo­rens­ki adı­na «Armeniya tarixi», 1919-cu ildə  C.Mor­­qanın  qələmi ilə «Erməni xal­­­qının tarixi» kitablarını meydana çıxarmışlar Morqan «Bö­yük Ar­me­­­niya ilə əlaqədar bircə kitab belə xatırlamıram» desə də, heç bir ta­ri­­­xi, arxeoloji mənbəyə əsaslanmadan belə bir kitab yaza bil­miş­dir. Xris­­tian keşişlər «Fransız xalqı erməni tarixinə dair kitabı  hök­mən al­ma­­lıdır» devizi ilə yazılmış bu kitabı türk xalqının, qonşu xalq­ların ­ta­ri­xinin saxta­laş­dırılması və erməniləşdirilməsi yolu ilə ya­rat­ma­ğa nail ol­­muşlar. Atəşgahların ki­tabxana  və arxivlərindən ələ ke­çi­ril­miş  mi­fo­­loji və filoloji ədəbiyyat tərcümə edilərkən sax­ta­laş­dı­rı­la­raq erməni ta­­­rixi üçün «mənbəyə» çevrilmiş, bu yolla muzdlu ta­rix­çi­lə­rin əlinə uy­­durma «sənədlər» vermişlər.  Keçmişi olmayan, və­təni ol­mayan ­pə­ra­kəndə səllimi  kiçik bir icmanın «Böyük Armeniya» «döv­ləti» belə ya­­radılmışdır. Morqan özü etiraf etdiyi halda ki, onun ta­rixi elmi ta­rix­dən tələb edilən amilin heç birinə söykənmir, onu Avropada  klassik er­məni tarixçisi kimi şöhrətləndirmişlər.

Morqan özü nə qədər gizlətmək istəsə də, erməni kilsəsinin  sax­­ta­laşdırma siyasətinin üstündən keçə bilməmiş və yazmışdır: «Biz gö­­rürük ki, erməni ta­rixçiləri və ruhani şəxslər öz milli köklərini Mü­qəd­­dəs Ki­tab­la əlaqələndir­mək, Ayk (Hayk)  xalqına yaxınlaşmaq məq­­sədilə rə­va­yət və mənbələri  dolaşıq salma­ğa çalışırlar». Açıq şə­kil­­də etiraf etmişdir ki,  özlərini  dini ədəbiyyatdan gələn mifik Ayk (Hayk) nəslinə bağlamaq üçün darixi sənədlər üzərində əməliyyat apar­­mışlar. Hətta  «Bibliya»nın tər­cüməsi zamanı Müqəddəs Kitaba er­­mənilər və onların «babası Hayk» ba­rədə saxta məlumatlar daxil et­miş­­lər. Əslində isə tədqiqatlar göstərir ki, Mü­qəd­dəs Kitabın ermənicəyə tərcü­mə­­sinə qədər (887-ci il) ermə­nilər haqqında mə­lumata  heç bir mənbə­də  təsadüf edilmir.

Erməni kilsəsi fransız alimi C.Morqandan sonra alman alimi O.Mommseni də belə bir saxtakarlığa məcbur etmiş  və o, böyük tarixi do­­laşıqlıqlara səbəb olan bir əsər yazmışdır.

Uydurmaları artıra-artıra  ermənilər tədricən öz tarixlərini  Me­so­­­­potamiya əf­sanəsinin erməniləşdirilmiş mifik qəhrəmanı  Hay­kın ta­ri­­xinə aparıb çıxarmış­lar.

 Bəs bu uydurma Haykdan əvvəl ermənilər kim olmuşlar?

Onlar bunu pərdələyə bilmirlər. Çünki yunanlar onların tarixi kim­­li­yini bildirən elə bir ad veriblər ki, o ad ermənilər mövcud olduq­ca ya­şa­ya­caqdır. Ona görə ki bu ad onların xarakterlərinə çox müvafiq­dir. Bun­dan (Haykdan) əvvəlki dövrdə qonşular onları  yunanların onlara ver­­dik­lə­ri adla tanımışlar: «İşgil», yəni «səllimi itlər» adı ilə. Bu cəhəti XVI əs­rin erməni əsilli  polşalı yepiskopu Simeon Lehatsi də təs­diq etmişdir.

Nəsli adı olmayan bu millət bir vaxtlar uydurduqları «Hay» adı ilə y­anaşı, sonralar «armyan» adı da uydurmuşar. Erməni alimi Qara­qaş­­­yan özü bunların uydurma olduğunu etiraf edir: «Ermənilərin keç­mi­şi haq­qın­da istər tarix, istərsə də rəvayət hesab edilsin,  heç bir mə­lu­­mata  malik de­yilik.  Xristianlığın qəbu­lun­dan sonra Aykın Noyla qo­­­humluğu uy­du­rul­du.  Qəbul edildi ki, o, Noyun oğlu Yafəsin nə­və­lə­­rindən olan Tor­qo­mun nəslindəndir». Akademik N.Y.Marr da xris­ti­an­­lığa qədər er­mə­ni­lə­rin millət adının olmadığını qeyd etmişdir.

Yadlar qapısının sadiq köpəkləri sayılan bu toplumu ingilis, fran­sız və rus xristian qardaşları himayə edərək əvvəlcə ideoloji cə­hət­dən ha­zır­la­mış, sonra silahla təmin edərək türk torpaqları hesabına on­lara «vətən» ya­ratmışlar. İdeoloji mərkəzlər, dediyimiz kimi,  Venet­siyada və Rus im­pe­ratorluğunda olmuşdur.

Ə.İsmayılov yenə yazır: «… erməni kilsəsi erməni ziyalıları və muzd­­lu  xristian tarixçiləri günümüzə qədər saysız kitablarda  erməni xal­­­qına «əcdad» və «vətən»  axtarmışlar və  axtarırlar».

Müəllif aydın faktlarla sübut edir ki, M.Xorenski də, onun adına is­nad ve­rilən «Armeniya tarixi» də  saxtakarlıq və uydurma məh­su­lu­dur. «Ar­­meniya ta­ri­xi»  erməni xalqının tarixi deyil, Şərq xalqlarının mi­fo­loji və  rə­vayətlər tari­xidir. Müəllif aydın yazır: «…nə M.Xor­ens­ki, nə Mar Abas Ka­tini, nə də Maraba  Mutsuratsi heç bir «ta­rix» ­əsə­rinin müəllifi de­yildir. On­ların hər üçü  anonim və uydurma şəx­siy­yət­lər­dir». «…qoca Şərq  m.s. V əsrdə  çağdaş erməni babalarını  nə «hayk», nə də «armyan» adı ilə ta­nı­ma­mışdır.  Bəllidir ki, milli adı ol­ma­yan  naməlum etnik ic­ma­nın  adına bu dövr­də hər hansı  şəkil­də «dövlət» düzüb qoş­maq, onların «ya­zı mə­də­niy­yə­ti»ndən danış­maq elm deyil, cəhalətdir, na­dan­lıqdır». Nə qədər mən­tiq­siz­dir: erməni kilsəsi  «Armeniya tarixi»ni  V  əsrə,  «Ar­m­­yan coğ­ra­fi­ya­sı»nı VII əs­rə aid edir və hər ikisinin də M.Xo­ren­ski­nin əsəri olduğunu id­dia edir. «Heç bir mötəbər qədim, yaxud er­kən orta əsr müəllifləri V əsr­də er­­mə­ni dilində, erməni yazısında nə Müqəddəs Ki­tab tanımışlar, nə də mil­li Hayk mədəniyyəti».

Xorenski bəs deyilmiş kimi, erməni tarixçiləri IV əsrdə Aqafanqel ad­lı başqa bir erməni tarixçisi də uydurmuşlar. Amma nə üçün  er­mə­ni ta­ri­xinin atası onu yox, Xorenskini saymışlar, bilinmir. Axı hər iki­sini uy­dur­­muşlar.

Müəllif Mesrop Maştots əlifbası, Mesrop yazısı və tərcüməsi ba­­­­­­rədə zid­diyyətli fikirləri qeyd edərək bu nəticəyə gəlir ki, bunlar V əsr­­­­­­­də yarana bilməzdi, «nə M.Xorenski, nə Mesrop Maştots,  nə də er­mə­­­­­­ni çar siyahısında  adları gedən ək­sər hökmdarlar tarixi şəx­siy­yət­lər deyildirlər». Müqəddəs Kitabın Mesrop Maştotsa aid edilən tər­cü­mə­­­­­­­si o cəhətdən də uydurmadır ki, Mesropun V əsrdə deyil,  VII,  VIII, IX əsrlərdə yaşadığını göstərənlər də vardır.

Y.A.Manandyanın «II Tiqran və Roma»  kitabında verilmiş  «II Tiq­­­­­ran Ar­taksid»  konsepsiyasını tarixilik baxımından   işıqlandırmaq üçün  ayrı-ayrı maddi-mədəniyyət, xüsusən mifoloji və epik ədəbiyyat nü­­­­­­munələrinə istinad edən mü­əllif göstərir ki, araşdırma zamanı təkzi­be­­­­­­dilməz bir tarixi həqiqət  meydana çıxdı: Artaşes də, Tiqran da  «Aves­­­­­ta»nı ərsəyə gətirən  qədim Mar/Maday/Maq tayfa­larını təmsil edən Maq rapsodların Atəşgahlarda təşkil edilən  böyük el şən­lik­lə­rin­də, el mərasimlərində söylədikləri  rəvayətlərin, oxuduqları nəğ­mə­­lə­rin qəhrəmanlarıdır». Orta əsrlər erməni keşişləri yazıya alınmış Azər­bay­­­can türk­lərinin qədim el ədəbiyyatının kilsədə üzünü kö­çür­müş, on­­­ların əsasında «Arme­niya tarixi» kitabları tərtib etmişlər.

Aydın şəkildə sübut olunur ki, «Bibliya»nın ilk erməni «tər­cü­mə­­si» haq­qında söhbətlər də əsassız, məntiqsiz və uydurmadır. Er­mə­­ni ta­rix­­çisinin yaz­dığına görə,  bu əsəri parfiyalı Müqəddəs Saak Su­ri­ya di­lin­dən orta əsrlər «ar­myan dili»nə tərcümə edib.  Əslində isə bu dövr­də nə «ar­­myan» adda millət, nə də onun dili olub.  Saak guya onu 311-ci ildə tər­­­cümə edib,  halbuki Saak  388-ci ildə, yəni «tər­cü­mə­­­sin­dən» 77 il son­ra «dünyaya gəlib». «Mesrop yazısı», Bib­liyanın er­məni di­linə tərcüməsi və ona əlavələrlə bağlı məsələlərdə də elə er­məni alim­lərinin özləri qəs­dən dolaşıqlıq yaratmışlar. Məqsəd aldat­maq, əsas­sız olsa da, belə mə­sə­lə­­lərin olduğunu beyinlərə yeritməkdir.

Biz oxucuda ilkin təəssürat yaratmaq üçün Əjdər İsmayılovun ki­­­­ta­­bından bir neçə nümunənin izahı ilə kifayətləndik. «Ön söz»dən və on bir fəsildən ibarət olan bu əsərdə ermənilərin elmi-mənəvi əx­laq­­­­sız­lı­ğı­nı açıb göstərən çox böyük məsələlər qələmə alınmışdır. Mo­­isey Xo­ren­­skinin anonim keşiş «tarixçi» olması,  onun adına  yazıl­mış «Ar­me­ni­ya tarixi»nin Şərq xalqlarının tarixi və mifolo­gi­ya­sından iba­­­­rət olması,  «Ar­­meniya coğrafiyası»nın da belə saxtakarlıqla yara­dıl­­­dığı, Mesrop Maş­­­totsun anonim keşiş və onun «yaratdığı» əlif­ba­la­rın uydurma ol­du­ğu, türk arşaklıların «erməniləşdirilməsi» tarixi, Ma­day əsilli Artaşesin və Parfiya əsilli Artaşes Arşakuninin er­mə­ni­ləş­di­ril­­­məsi, Artaşat şə­hə­ri­nin erməni paytaxtı kimi uydurulması,  Tiqran Ar­­t­ak­sidin kimliyi,  «Er­mə­­­ni xristianlığı» uy­dur­maları,  «Avesta» me­mar­­lıq abidələri,  Rus im­pe­­ratorluğunun «türksüz Qaf­qaz» siyasəti,  Qaf­­­­qazda XVI əsr ilk erməni kil­­səsi və s. çox geniş və mühüm prob­lem­lər barədə həqiqətlərlə tanış ol­maq üçün bu kitabı diqqətlə oxu­maq vacibdir.

Əjdər Tağıoğlunun bu əsəri son dərəcə zəngin tarixi faktlar əsa­sın­­­da ya­zılmışdır. Əsər bünövrədən mərdimazar doğulmuş, ona çörək ve­­­­rənə  nankor mü­nasibət bəsləyən, kürəyinə xəncər soxan, bəşər da­xi­­­­lində qarayara sayıla bilən bu etnosun  bəşər tarixini saxtalaşdırmaq, öz­­­­lərinə heç bir əsası və tarixi kökü olma­yan böyük «dövlətlər» yarat­maq  sahəsində uydurma əməllərini sistemli şə­kildə, təkzibedilməz fakt­­­­­larla ortaya çıxaran ilk sanballı kitabdır. Müəllifin araşdırmaları, nə­­­­­zərdən keçirdiyi elmi ədəbiyyat heyrət doğurur. Kitab çox böyük və mə­­­­şəqqətli zəhmətin nəticəsidir. Bu əsər geniş tirajla çap olunmalı, rus, ingilis, fransız dil­lərinə çevrilməli, dünya ictimaiyyətinə çat­dı­rıl­ma­­­­lıdır. Yalnız bu yolla ermənilərin məkrli siyasət və fəaliyyətini dün­­­­yaya tanıtmaq, ifşa etmək  müm­kündür. Müəl­lifin beynində o qə­dər informasiya var və onları mətnə o qədər geniş şəkildə dol­durmağa ça­­­­lışmışdır ki, üslubda bəzən ağırlıq müşahidə olunur. Tər­cümə pro­se­sin­­də onları islah etmək, bəzi təkrarları aradan qaldırmaq  müm­kün­­dür.

Əsər Dövlət mükafatına layiqdir. Çünki bu əsərin müəllifi  bir in­s­titutun görə bilmədiyi işi görmüşdür.

***

Hörmətli oxucu! Bunları oxudun?  Mən bunları, gördüyün kimi, Əj­­dər İsmayılovun kitabı əsasında yazmışam. Mən erməni məkrinə, erməni fitnəkarlığına, er­­məni ta­ri­xi­nin qurama və saxta olduğuna inanmışam.

Erməni xalqı ilə bizim  xalqın daban-dabana zidd olan xüsusiy­yət­­lə­ri var:

– Ermənilər çox ağıllı millətdir.  Bilirlər ki, bu dünya beşgünlük de­­yil. Odur ki onlar höyür it kimi birləşərək, özlərinə  tarix yaradırlar. Er­­­məni dilini bilən də, bilməyən də, daxildəkilər də, xaricdəki er­mə­ni­­­lər də mal qoyur, pul qoyur, bu işə kömək edir. Nəticədə dünyaya  çat­­­dırıblar ki, onların ulu tarixləri var – tarixləri gedib Nuh pey­ğəm­bə­rə çatır, Yafəsin nəvələrindən olan Hayk onların ulu babalarıdır. Alə­mə car çəkirlər ki, eradan əvvəl onların «Böyük Armeniya» adlı öl­kə­si olub, böyük vətənləri olub. Aləmə car çəkiblər ki, onların IV əsrdə ta­­rixçiləri olub, V əsrdə Moisey Xorenski kimi tarixçiləri, «Armeniya ta­­rixi» kimi əsərləri olub, bu dövrdə ermənilər Bibliyanı erməni dilinə tər­­­cümə ediblər, Kalankatuklu Moisey olub, erməni dilində «Albaniya ta­­­rixi» yazıb və s. Bizimkilər isə deyirlər ki, Azərbaycanda türk ya­şa­ma­­yıb, eramızın 1-ci minilliyində Cənubi Azərbaycan irandilli, Şimali Azər­­baycan ləzgidilli olub. XI əsrdə Səlcuqlar gəlib, buranı və cə­nu­bu türkləşdiriblər. Midiya İran dövləti olub. Azərbaycan əhalisi ən azı iki dəfə etnik simasını dəyişib: bir dəfə Midiya dövründə yerli əha­li (bu fikrə əsasən nə millət olduğu bilinmir) farslaşıb, bir dəfə də X1 əsr­­dən sonra türkləşib. Türk xalqı bura gəlmədir. Bizim XIII əsrə qə­dər türk dilində bircə cümləmiz də olmayıb və s.

Özü də nəzərə almaq lazımdır ki, ermənilər tarixən də indiki qə­­dər az olub, Azərbaycan türk əhalisi indiki qədər çox olub.

– Ermənilər «işkil» olduqları, heç bir vətənləri olmadığı halda, rus­­la­rın köməyi ilə özlərinə Azərbaycan torpaqları hesabına «vətən» ya­­­radıb və onu günbəgün genişləndiriblər. Bizim xalq isə Şah İs­ma­yıl­dan sonra da­im torpaqlarını itirə-itrə gəlib və azı 7 yerə par­ça­la­nıb.

– Hansı tarixi açırsan, erməni tarixçisi: Manuk Abeqyan, Q.A.Xa­lat­yan­ts, M.O.Dar­binyan-Melikyan,  K.P.Patkanyan, Q.X.Sar­kis­­yan, S.T.Ye­­rem­yan, K.Yüzbaşyan, K.A.Melik-Oqan­can­yan, Qara­qaş­­yan  – qə­dim er­mə­ni dili, əlifbası, tarixi ilə məşğul olub, er­mə­ni­lə­rin saxta tarixini dün­­ya­ya tanıdıb, bununla kifayətlənməyib, Morqan, Mom­­msen kimi xa­ri­ci ta­rix­çi­lərə pulla – tarixi fakt və sənədlə yox, məhz pulla «Armeniya ta­ri­xi» yaz­dırıb, fransız xalqını ermə­ni­lə­rin bu uydurma tarixi ilə tanış edib­l­ər. Bizim qədim dövlət, cəmiy­yət tarixini isə türkə nifrət edən, tür­­kün düşməni olan İqrar Əliyev qo­mar­­layıb alıb əlinə və heç kəsə qə­­dim döv­lətçilik və dil tarixi barədə söz deməyə imkan verməyib. Yu­­sif Yu­si­fov kimi tək-tək tarixçilər is­tis­­na olmaqla, qalan tarixçilər İ.Əli­­yevin de­di­yin­dən bir addım irəli get­­məyiblər. Hələ bəlkə onun de­­diklərinin üstünə qo­yublar. Pulu olan­lar isə sərvət toplamaqla məş­ğul olublar, Azərbaycan tar­ixini üzə çı­xarıb xaricdə yaymaq bir tərəfə, heç vətəndə də onu yada sal­mayıblar və yada salmırlar da.

-Ermənilər çox ayıqdır, dünya siyasətini və milli mənafe ilə bağ­­­lı ha­disələri tez tuturlar,  müəyyən bir xalqa söykənirlər. Bizim camaat sa­də­löv­h­­dür, ağ­zıaçıqdır, ağzına milçək dolan yuxulu adamlar kimidir və dörd yerə bax­dığı üçün çaş qalıb.

– Vazgen ermənilərə məsləhət bilir ki, ev tikin, bağ salın, kə­nar­da­­kı (başqa ölkələrdəki) qohum-qardaşlarınızı gətirin, onlara yaxşı yer­lər verin, artın, çoxalın. Bizimkilər – imkanı olanlar birdən yerin 150 ha yaxşısını ələ keçirir, 20-25 mərtəbəli evlər tikdirir,  vətən öv­lad­­larının bir daxması, beş qarış torpağı olub-olmaması ilə maraqlanmırlar. Elə günə salırlar ki, əhali qaçıb gedib başqa ölkələrdə başını dolandırır.

-Ermənilərin hamısı birləşib ölkənin ümumi mənafeyi ba­xı­mın­dan çəkici bir yerə döyür, burda hərə bir yana çəkir, hərə özü üçün «bö­­yük bir siyasət adamıdır».

-Ermənilər can qoyub torpaqlarını artırır, bizimkilər torpaq verib pul və vəzifə qazanırlar, hakimiyyətə gəlirlər.

Görün kim ağıllıdır? Hansı xalq ağıllıdır?

Amma bir mühüm fərqimiz də var. Bu fərq yuxarıdakılardan fərq­­­li fərqdir. Bu fərq ondan ibarətdir ki, onlar tut­­­­duqları ərazidə yaşayan qədim xalqların nümayəndələrini oradan qovub çıxardılar.  Biz onların bu hərəkətini insana ya­raş­­­­mayan xəbis və alçaq bir hərəkət kimi pisləməklə yanaşı, öz öl­kə­miz­­­­də bizimlə birlikdə yaşayan talışlara, tatlara, kürdlərə, ləzgilərə və baş­­­qa xalqların nümayəndələrinə daim məhəbbət və eh­ti­ram gös­tə­ri­rik.

Bu, belədir. Amma burada ayrı bir məsələ var ki, daim na­ra­hat­lıq törədir. Bu da ondan ibarətdir ki, biz bir sıra çox mühüm dövləti mə­­­sələlərdə çəkici bir yerə vura bilmirik

Konkret olaraq etnik tərkib və dil məsələlərini deyirəm.

Hələ bizim Azərbaycan türk xalqının etnik tərkibi və dilinin ta­ri­­­xi barədə bir-birinə əks olan konsepsiyalar qalmaqdadır, etnogenez mə­­­­sələsi həll olunmayıb. Bilirsən niyə? Danışım, qulaq as.

Sovet dövrünə qədər xalqımızın və dilimizin tarixi ilə sistemli şə­­­­kildə məşğul olmayıblar. Az-çox yazanlar da hindavropalılar olub. So­­­­­vet dövründə akademiyanın yaranması, bütün sahələrdə elmin in­ki­şa­fı Azərbaycan xalqının və dilinin tarixini də araşdırmağa səbəb ol­muş­­dur. Bu sahədə qabağa düşən rus alimləri şovinizmin tələbləri əsa­­sında tək Azərbaycan tarixini yox, bütün türk xalqlarının tarixini təh­­­rif ediblər. On­ların fikrincə, türklər hunlardan başlayır, bütün Ön və Orta Asiya əha­lisi hindavropalılardan ibarət olub, daha çox irandilli ­əha­­li üstünlük təşkil edib.  Bizim alimlər isə onların dediklərindən bir ad­­­dım irəli getməyiblər və hələ bəlkə, dediyim kimi,  öz əsərləri ilə rus alimlərinin fikirlərini möh­kəmləndirməyə çalışıblar.

İndi biz yenidən müstəqillik qazanmışıq. İmkanımız var ki, öz ta­­­riximizi yazaq. 60-cı illərdə bu bir xəyal idi, Şıxəli Qurbanov kimi cə­­sur oğullar birbaşa Moskvadan gələn nümayəndələrə üz tutaraq de­yir­­di: «İcazə verin, öz tariximizi özümüz yazaq!»

İndi icazəyə ehtiyac yoxdur. Hər şey öz əlimizdədir.

Amma di gəl görək eləyə bilirikmi? Özgələr heç, özü­mü­zün­kü­lər im­­kan verirmi? Bir sıra alimlər keçmiş elmi «tərbiyəni» unuda bil­mir, Azər­­baycan tarixi ilə bağlı hər bir yeniliyin qarşısına daş hasar çək­­mək is­tə­yir, onu cəfəngiyyat sayır, uydurma və «yüngül» tədqiqat he­­­sab edir.

Hələ bu, yaxşıdır.

Bir çoxları söyür, təhqir edir, təhdid edir, qorxudur. Niyə, ba­lam, biz xalqımızın tarixini yaza bilmərik?

Var alimlər, bir sıra alimlər var ki, araşdırmalar aparır, keç­miş­dən bəri tariximizlə bağlı gördükləri saxtakarlıqları üzə çıxarır, fakt­la­rı ortaya qoyur və Azəprbaycan xalqının düzgün tarixinin ya­ran­ma­sı üçün əlindən gələni edir.

Amma mühafizəkarlar və başqa məqsəd güdənlər elə «yox» de­yib durur.

Uşaq vaxtı tay-tuşlarımdan biri ilə oynayırdım. Birinci oyunda mə­­ni uddu. Dedim gəl başlayaq. Dedi, yox, «bir : nol». Əşi, gəl oy­na­yaq, dedi, yox e, «bir :  nol»

Əşi, şərait olmayıb, bu xalq öz tarixini üzə çıxarmaqda bir dəfə udu­zub, sən də bu millətin oğlusan, bir oyna, ardına bax də.

Bu mühafizəkarlar oynamaq istəmirlər ki istəmirlər.

Bir az başınızı ağrıdacağam. Təkrar etməliyəm.

Sizə dedim ki, arxeoloji, etnoqrafik, geomorfoloji axtarışlar əsa­sın­da dünya elmi müəyyən edib ki, Yer üzündə insan nitqinin 35-40 min illik tarixi var. Əsas fikir bundan ibarətdir ki, Yer üzündə vahid dil yaranıb və həmin dil e.ə.XII minillikdə parçalanıb. Həmin dövrdən zə­if şəkildə olsa da, miqrasiyalar başlayıb. Vahid dilin dialekt par­ça­lan­­­ması nəticəsində Hindavropa protodili, türk protodili, semit pro­to­di­­li və s. yaranmışdır. E.ə.XII minilliklə VI minillik arası dil ailələri for­­­malaşıb. Moskvanın buraxdığı «Qədim dünya tarixi»ndə deyilir ki, ar­­tıq bu dövrün sonlarında şərqi və qərbi türk dilləri fərqlənirdi.

Dünya elminin gəldiyi bir mühüm nəticə də budur ki, Yer kü­rə­sin­­də ilk dil Afrikanın şimalını, Avropanın cənub-şərqini, Asi­yanın cə­­nu­bu­nu birləşdirən ərazilərdə, yəni Aralıq dənizi və Ön Asiya hü­dud­larında ya­ranmışdır. Cənubi Azərbaycan əraziləri də ora düşür. Azıx mağarası in­sa­nın inkişafının 10 mərhələsini əks etdirir. Bunlar mə­­­nim kəşfim deyil. Mən yalnız oxuduqlarımı yazıram.

İndi sən deyəcəksən ki, bunlar olar, inanmalıdır. Amma nahaq ye­rə türk protodilini də bura qatırsan. Türklər sonralar yaranıb, hun döv­­­ründə.

Mən də deyirəm: ay zalım, bir dünyaya bax. Bütün ekvator boyu ya­yılmış bu xalqlar iki min il ərzində necə yarana bilərdi? Göydən tö­kül­­­məyib ki? Sən görmürsən ki, türklər Yer üzünün ən geniş yayılmış əha­­­lisidir? Qərbdə etrusklar, italyanların babaları, Ön Qafqazda və Ön asi­­yadı Azərbaycan xalqı, ondan o tərəfə – şərqdə nə qədər türk xalqı. Hət­­ta mancurlar, koreyalılar, yaponlar. Ekvator boyu dünyanın ən gözəl əraziləridir. Ancaq güclü tayfalar bu əraziləri tuta bilərdi.

Yüzlərlə tədqiqatlar var ki, Ön Asiyada türklər şumerlərlə ya­na­şı yaşamışlar (hələ şumerlərin özlərinin türk olması başqa məsələdir, ona heç inanmazsan).

Hindavropalılar isə pərakəndə yaşamışlar, belə cərgə ilə yerləşə bil­­­məmişlər. Amma tarixləri birdir, bir kökdən ayrılmışlar.

İndi başqa cəhətə bax. Məlumat aldığın tarizxdə hansı im­pe­ri­ya­­la­rı ta­nıyırsan? Hindavropalıların hansı imperiyaları olub?  Bir dəli İs­­­kən­dər Da­ranın xəzinə pulları hesabına  qərbin və şərqin əhalisini si­­lah­landırıb, Hin­­distana qədər irəliləyib və tez də məhv olub. Amma sən türklərə bax. İn­diki Avropanın bu şəkildə yerləşməsinin səbəbi hun­lardır. Böyük Mada im­periyasını yadına sal. Yazdıqlarına baxma, Ma­da xalis türk imperiyası olub. Farslar ora gələndən neçə əsr əvvəl Ma­da dövləti mövcud idi.  At­ti­la­nı yadına sal. Avropanın  ürəyinəcən get­­mişdi. Çingiz xanı, Teymuru ya­dına sal. Avropanın qaniçənləri isə bu sonrakı inkişaf dövründə Na­po­le­on və Hitlerdir ki, onları da imperi­ya yaratmağa qoymadılar.

 Nəzərə al ki,  insan parçalananda ən güclü qollardan biri türklər olub  (hansı adla olur-olsun, ad şərtidir).Və insandan türk qolu ayrılan­dan o, Azərbaycan ərazilərinin payına düşüb. Sonra bu yerlərdən şər­qə və qərbə yayılıb.

İndi keçək xalqların tarixinə. Rusun qədim tarixi yoxdur. Eşələ­yib cəmi min illik tarix düzəldə bilib. Onun bayraq etdiyi «İqor polku das­­­tanı» deyirlər ki, qıpçaqların naməlum bir dastanının təhrif şəklidir. Bu­­nun da əhəmiyyəti yoxdur. Fransızların da, ingilislərin də, al­man­la­rın da uzun tarixi yoxdur. Amma bizim Azərbaycan əhalisinin qədim ta­­rixi var. İndi hegemonluq edən yuxarıdakı xalqların min illik, Azər­bay­­can xalqının isə altı min illik tarixi var: e.ə.III minilliyin o başında – XXVIII əsrdə Arattası var, şumer kimi sivil ölkəni 100 il idarə etmiş Ku­­ti döv­ləti var, Lullubi dövləti var, Şumeri 500 il idarə etmiş Kass­la­rın döv­lə­ti var, Mannası var, Madayı, Atropatenası var. Bunlarla biz fəxr et­məliyik.

Lakin belə bir tarixin olması bizim qeyrətimizdənmi asılı olub?

Yox, bu, təbiətin bizə təsadüfən bəxş etdiyi xoşbəxtlikdir. Biz bu ərazidə doğulmuşuq. Babalarımız bu ərazidə yaşayıb, canları, qanla­rı ilə bu əraziləri qoruyub, bizə miras verib.

 Amma saxlaya bilmişikmi? Özünüz düşünün.

İndi nədir çətinliyimiz? Nə istəyirik?

Heç. Hərəmizin bir ömrü var. Həm dolanışıq vasitəsi əldə edib ya­­şa­maq istəyirik, həm də deyirik ki, üzərində yaşadığımız, suyunu iç­di­yi­miz, havasını udduğumuz bu torpağa imkan daxilində borcumuzu qay­­ta­raq.

Axtarıram, xalqımızın və di­li­­­mizin tarixinə dair yeni materiallar əldə edib onun həqiqi tarixinin ya­­­ranmasına kömək etmək istəyirəm. Amma sən mənə mane olursan.

Mən bütün o yuxarıdakıları  genişliyi ilə yazıram və deyirəm ki, Azər­­baycan ən qədim dövrlərdən türk yurdudur. Sən heç bir şey oxu­ma­­dan o İqrarın dediklərini tutu quşu kimi əzbərləyib deyirsən ki, «Cə­fəng danışma. Burda türk olmayıb. Türklər bura bizim era­nın X1 əsrində gəlib».

Niyə? Nədir məqsədin?

Sən bu sözləri iki şeyə görə deyə bilərsən: ya elmi obyektivlik na­minə, ya da türkün qədimliyini sənin qəlbin götürmür.

Elm naminə demirsən. Çünki sən mənim yazdıqlarımın heç birini təkzib etmədən, oxumadan bu sözləri deyirsən – inad uşaq dediyi­nin üstündə duran kimi.

Onda bəs məqsədin nədir?

Gördün ki, erməni min oyundan çıxıb özünə saxta tarix düzəldib. Bəs sən niyə mənim həqiqi tariximin əleyhinə çıxırsan?

Mən deyirəm ki, şumerlər bizim babalarımızdır. Sən qanını qa­şı­­ğa qoyursan ki, belə şey ola bilməz, cəfəng danışırsan.

A kişi, bir qulaq as. X1X əsrdən ki, mixi yazılar öyrənilib, şu­mer yazılarının ilk tədqiqatçıları obyektiv olublar, kəşflərinə se­vi­nib­lər – onları türk, hindavropalı, ərəb maraqlandırmayıb, qədim si­vi­li­za­si­yanı açıblar. Odur ki hamısı etiraf ediblər ki, bu yazılar türk dil­lə­ri­nə mü­vafiqdir.

Sonra nə olub?

Sonra hindavropalılar geniş araşdırma aparıblar, görüblər ki, şu­mer yazıları hindavropa dillərinə qətiyyən uyğun gəlmir və başa dü­şüb­lər ki, bu yazıları hindavropaya bağlamaq heç cür mümkün deyil, əl çəkiblər. Amma onu da fikirləşiblər ki, bu yazıları türklərə vermək, bə­şərin belə bir sivill ölkəsinin türklərə aid olduğunu etiraf etmək olmaz. Məsələ siyasiləşib. Başlayıblar İ.M.Dyakonov kimi alimləri or­ta­ya çıxarmağa, elə uydurmalar tapsınlar ki, türklər əl çəksin. Amma ha­ra əl çəkirlər. Son vaxtlar tədqiqatlar hədsiz çoxalıb. Dyakonun daşı daş üstündə qalmayıb.

Mən də özlüyümdə (sərçənin yanan binaya dimdiyində bir dam­la su aparması kimi) araşdırma apardım, indiyə qədər bizim tə­rəf­lərdə an­­caq leksik paralellər müqayisə edilib, qrammatik qu­ru­lu­şu da nə­­zərdən keçirdim, gördüm ki, Dyakonovun – keşişin uy­dur­maları sax­­tadır, morfologiya və sintaksis türk dillərinin quruluşu ilə səsləşir, de­­dim ki, şumerlər bizim babalarımızdır.

Sən etiraz edirsən. Niyə? Məqsədin nədir? Axı sən də bu dildə ­ya­zıb-oxuyursan, bu dilin hesabına çörək yeyirsən, bu dilin yayıldığı əra­zi­nin havasını udursan. Mənim dediyimin sənə nə zərəri var? Sən bir­başa «yox» demə, götür yazılanları, eləyə bilirsənsə, təkzib elə, sonra danış.

Bil ki, Ərbil, Kərkük camaatı ora sonralar gəlməyib. Şumerlərin nə­­­­silləridir.  Akkadlar e.ə.XXIII əsrdə Şumeri işğal edib, amma on­la­ra çox böyük hörmət göstərib, I minilliyin sonlarına kimi, şumer ya­zı­sı­­nı, şu­­mer dilini, şumer dərsliklərini öyrəniblər. Müharibədə qı­rı­lan­lar da olub, kənara qaçanlar da, öz yurdunda yaşayanlar da.   Av­ro­pa alim­­ləri və ruslar indi Şumeri türklərə və bilavasitə bizim Azər­bay­­can türk­lə­ri­nə ver­məmək üçün varissiz sayırlar.  Bir xalq necə va­ris­siz ola bilər və həm də ki, akkadlarla yaxşı münasibətdə yaşayışı da­vam et­­­di­rib­lər­sə?

Sən də hindavropa alimlərinin dediyini deyirsən. Niyə? Bu de­yi­lən­­­lər səni inandırmır? Nə oxudun ki, inanmadın? Mənim kitabımı oxu­­yanların məsləki, ideyası (tarixə münasibətdə) dəyişir, amma sən oxu­­­maya-oxumaya elə deyirsən ki, «uydurmadır» və məqsədini də ba­şa düşmək olmur.

Sən deyirsən ki, Azərbaycanda türk yaşamayıb. Şimalın əhalisi ləz­­­gidilli, Cənub irandilli olub. XI əsrdə Səlcuqlar gəlib, bu böyük­lük­də ərazinin əhalisini türkləşdiriblər. Və eyni zamanda deyirsən ki, Türk xaqanlığı dağıldıqdan sonra (VIII əsr) türklər qərbə üz tutublar. Sən deyirsən ki, türk yurdu Altaydır, türkər Azərbaycana oradan gə­lib­­lər… Mən deyirəm ki, əşi, bir dayan. O böyük Türk xaqanlığını ya­ra­­­dan Aşina tayfası Orta Asiyaya Azərbaycandan gedib. Sən mənim fakt­­larımı təkzib etmədən (edə də bilməzsən) niyə belə danışırsan?.  Sə­­nə deyirəm ki, insan Yer üzünə Ön Asiyadan yayılıb. Altayda insan do­­­ğulmayıb. Altaya türklər Azərbaycandan gedib və Altayın «Altay» adı­nın özünü də buradan aparıblar.

Sən elə yenə də öz dediyini yox, İqrar deyəni deyirsən.

Niyə? Məqsədin nədir?  Axı Azərbaycanın qədim türk yurdu ol­du­­­ğu barədə həqiqəti üzə çıxarmaq sənə nə zərər verir?  Bu, özün də bi­­lirsən ki, siyasi məsələdir, xalq məsələsidir, dövləti məsələdir. Azər­­baycan xalqının şöhrətidir. Nə səbəbə «Yox!» deyib durursan?

Sən mənim «Azərbaycan dilinin tarixi» əsərimi nəzərdə tutaraq ya­­zırsan: «Əsər böyük və ağır zəhmətin nəticəsidir. Müəllif Azərbay­can dilinin tarixini  əlçatmaz dərinliklərdən yeni eranın XIII yüz­il­li­yi­nə­­dək  izləyir. Əsərin lap əvvəlində – «Bir neçə söz»  hissəsində Q.Ka­­zımov yazır: «Biz də bu niyyətlə bu mürəkkəb prob­lem­ləri  bir ye­rə toplayıb  faktlardan aldığımız təəssürat əsasında  qəlbimizdən ke­ç­ən­ləri kitaba köçürdük (kursiv mənimdir – Ə.R.). Qoy vətənsevər gənc alimlərin  könlünə ilham versin (kursiv mənimdir – Ə.R.), oxu­cu­la­­rın keçmişə nəzər yoluna işıq saçsın». Müəllif bütün kitab bo­yu bu fik­­­rə sadiq qalır, başının əvəzinə ürəyinin, daha doğrusu,  qəlbinin hök­­­mü ilə  hərəkət edir. Məlumdur ki, ürəyin  (müəllif hətta bu sözü yox, onun poetik sinonimləri olan qəlb, könül sözlərini işlədir, sanki bu­nun­la da  elmi əsər yox, bədii əsər yazdığına oxucunu  təkrar-tək­rar inan­­dırmaq is­təyir) hökmü ilə şeir, poema, uzaqbaşı roman yazarlar, el­­mi əsəri isə  so­yuq başla yazarlar, gənc alimlərin  könlünə ilham ver­­məzlər, gənc şa­ir­lə­rin könlünə ilham verərlər.  Q.Kazımov doğrudan da qəlbindən ke­çən­lə­ri  kitaba köçürmüşdür.  Müəllif bunu deyərkən   mübaliğə etmir, hə­qi­qə­ti deyir. Müəllif şumer dilini türk mən­şəli he­­sab edəndə də, dünyanın bü­tün dillərinin  türk dilindən əmələ gəlmə­sini  iddia edəndə də, bu id­di­a­dan sonra «hətta Çin dili də»  ifadəsi­ni əlavə edəndə də, hətta əsərin so­nun­da azəri dilinin  türk dili olma­sı­nı  sübut etməyə çalışanda da, Al­ba­ni­ya­da türk mənşəli vahid alban di­linin, Midiyada türk mənşəli vahid Mi­di­ya dilinin mövcud olduğunu ya­zanda da başının, ağlının hökmü ilə hə­rə­kət etmir,  qəlbindən keçənləri kitaba köçürür. Bu da hamıya məlumdur ki, nə­inki könül və qəlb, hətta ürək də adamı aldadır,  düz yoldan sapdırır.  Ən acı­nacaqlısı budur ki, Q.Kazımov müəyyən bir  fikrini sü­­but edəndə  cid­di alim­lə­rə yox,  bütün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məş­ğul olan  adamların dediklərinə, ya da özünün əvvəl yazdıqlarına is­nad edir».

Afərin! Bu sözləri oxuduqca İqrar Əliyevin silueti gəlir durur göz­­lərimin qabağında.

Qardaş! (Bütün insanlar bir kökdən olduğu üçün hamıya «qar­daş» demək olar.) Sənin bu qeydlərini, məktəblilər mətni hissələrə ayı­rıb ad verdikləri kimi,  üç yerə bölmək olar:

Birincisi, «xala xətrin qalmasın» quru tərif (əvvəlki iki cümlə):

İkincisi, əl tutacaq yer üçün məndən verdiyin sitat və «qəlb» mə­sələsi;

Üçüncüsü: «şumer» sözündən sonrakı hissə və ya «İqrarnamə».

Birinci hissəyə görə çox sağ ol.

İkinci hissədə çox böyük problem var: məsələ elə o ürək, qəlb üzə­rindədir.

Üçüncü hissədə şumerlər, midiyalılar, albanlar haqqında sözlərin İqrar Əliyevin dedikləridir. İqrar Əliyev isə Azərbaycan türk xalqının düşməni idi, türkə nifrət edirdi. Halbuki Azərbaycan tarixinə baxışına görə özü nifrətəlayiq idi. O, Azərbaycan tarixi əvəzinə, yaramaz bir tarix yazmışdır. Sən o yolla gedirsən? Niyə? Azərbaycan türkü sənə neyləyib?

Mən bütün dünya dillərinin türk dilindən əmələ gəldiyini de­mə­mi­­şəm. Bunu ona görə deyirsən ki, kitabın müqəddiməsindən başqa, heç nə oxumamısan. Mancurlar, yaponlar, koreyalılar, monqollar türk­lər­dən ayrılıb. Bunu məndən də qabaq deyiblər. İnsan Yer üzünə Ön Asi­yadan yayılıb, şərqə və qərbə Ön Asiyadan gedib – min dəfə de­mi­şik. Və mən heç bir şübhə etmirəm ki, çinlilər göydən düşməyib, Orta və Mər­kəzi Asiyaya gedən ən qədim protürkdən təcrid olunub – bir­ba­­şa çin pro­todili olmayıb.  İnkişafı başqa itstiqamətdə olub.  Azəri dil­i haq­qında Kəs­rəvinin və İqrarın fikirləri üzərində dayanırsan. Ni­yə? Nə bilirsən on­lar düz deyir? Kəsrəvi farsların nökəri idi, İqrar da ey­­ni məz­həbli. Sən nə üçün mənə inanmırsan, onlara inanırsan?  Kəs­rə­­vi adicə dilin özü ilə onun adını fərqləndirə bilməyib, nə üçün o sə­nin üçün bu qədər böyük alim­dir? Sən köhnə bayatını deyirsən: «Azər­­baycan torpaqlarında «azəri» ad­lı böyük irandilli xalq yaşayıb, X1 əs­r­də Səlcuqlar gəlib, onları türk­ləş­di­rib». Sən başa düşməlisən ki, da­ha bu cür uşaq oyunundan qurtardıq. Azər­baycan əzəli və əbədi türk yur­­du olub. Ərəblər bizim Azərbaycan türk camaatına «azəri» deyib, in­di də deyilir. Qonşular bizi belə ad­lan­dırır. «Azəri» fars tayfası olsa idi, qon­­şular türklərə «azəri» deməzdi. Sə­nin kimi, İqrar kimi türkə pis mü­­nasibət bəsləyənlərin ucbatından 60-cı il­lərdə kitabların da üzə­rin­də işlənən «azəri» sözünü dilimizin adı  kimi kon­stitutsiyaya daxil edə bi­lmədik, alimləri üz-üzə qoyduq.

Sən heç bir araşdırma aparmadan midiyalıların türklərdən ibarət ol­­duğuna kinayə edirsən? Niyə? Midiya imperiyası ilkin olaraq Azər­bay­­can ərazisində əmələ gəlib. Farslar indiki İran yaylasına e.ə.VIII əsr­­də gəlməyə başlayıblar. Midiya dövləti haqqında Assur mən­bə­lə­rin­də e.ə.1X əsrdən məlumat verilir.  Bir tayfa bir ərazidə yox­dursa, o, ora­da necə dövlət yarada bilər? Farslar gəldikdən sonra heç Midiyanın da­xilinə girə bilmədilər, ucqarlarda dolandılar.  Yalnız VI əsrin or­ta­sın­­da – e.ə.550-ci ildə Kirin alçaqlığı və Qarpağın xə­ya­nə­ti ilə farslar ha­kimiyyəti ələ alıblar. Onlar Midiya dövlətini necə yarada bilərdilər?

Mən yeni tədqiqatlara əsasən  (və öz araşdırmalarımı, Q.Qey­bul­­layevin araşdırmalarını) nəzərə alaraq deyirəm ki, Midiya im­pe­ri­ya­­sı türk imperiyasıdır, midiyalıların əsas əhalisi  türklərdir, Mi­di­ya – Tu­­­randır, o Turandır ki, İran-Turan müharibələri şəklində tarixdə bö­yük iz qoyub və bir çox əsərlərdə öz əksini tapıb. Midiya xüsusi adları türk dilləri bazasında izah olunur. M.Kaşğarinin, ağıları ilə birlik­də xa­­­­­tırladığı  Alp Ər Tonqa Turan dövlətinin başçısıdır. Kirə qarşı m­ü­ha­­­­ri­bəni o aparıb və axırda həlak olub. Alp Ər Tonqanı farslar «Əfra­si­­­yab» ad­landırmışlar.  Bizim «vətənsevər» tarixçilər Midiyanı da, Mi­di­­­ya pad­şah­lığını və padşahlarını da, Astiaq əfsanəsini də böyük sə­xa­vət­­­­lə İrana ba­ğışlamaq istəyirlər. Bunlar hansı millətin övladlarıdır? Sə­­­­nin başın qa­rışıb alimlərin çoxdan açıb-tökdükləri Orxon-Yenisey ya­­­­zılarına. Camaat ta­rixi tədqiqatla məşğuldur, xalqının tarixini öy­rə­nir. Tarixi tədqiqat əsa­sın­da artıq tam şəkildə sübüt olunur ki, Alp Ər Ton­­­qa farsların dediyi Əf­ra­siyabdır və yenə tam şəkildə sübut olu­nur ki, Əfrasiyab deyilən adam axı­rıncı Midiya padşahı Astiaqdır. Bu­na nə de­­yirsən? İnkar edə bi­lə­cək­sən­mi? Astiaq da, Əfrasiyab da, Alp Ər Ton­qa da Turan hakimidir, eyni adam­lardır, farslarla müharibədədir və ta­­­ri­xin ən güclü İran – Turan mü­ha­ribəsini aparmışlar. Midiyalılar As­ti­a­­qa yalvarır ki, padşahlığa farsları ya­xın qoymasın, farslar ha­ki­miy­yə­ti ələ alsa, midiyalıları köləyə çe­vi­rə­cək­lər. Sən də yapışmısan ki, mi­di­ya­lılar irandilli əhali idi. Qaldı, «vahid Mi­diya dili»ndən söh­bət get­­mir. Dövləti yaradan əsas əhalidən söhbət ge­dir. Midiya im­pe­ri­ya­ya çev­rildikdən sonra  sərhədləri çox genişlənir və müx­təlif tay­fa­la­rı bir­ləş­dirir.

Mən bunu deyəndə sən deyirsən ki, xeyr, İqrar elə demir, başqa cür deyib..

İqrar elə deyib. O o zaman idi. İndi aşkar olur ki, belədir. Bizim ta­rix­şünaslığımızın tarixi o qədər də uzun deyil axı.  Çox şeyi hələ də düz öyrənə bilməmişik.

Bəs sənin məqsədin nədir? Sən ki bunları başa düşə bilərsən?

Albaniyanın əsas əhalisi  türk tayfaları olmuşdur. Hətta müha­fi­zə­­­kar tarixçi kimi tanıdığım Sumbatzadə də «Albaniya ərazisində heç bir farslaşdırmadan söhbət gedə bilməz» deyir. Sənin dediyin İqrarın de­­­diyidir. Bunlar artıq ölür. Xalq öz tarixini yazır. Amma çöldən və içə­­­ridən çətinliklərlə üzləşə-üzləşə yazır, vuruşa-vuruşa yazır.

Sən mənə irad tutursan ki, mən «ciddi alimlərə» istinad etməmi­şəm. Sənin bu «iradını» mən çoxdan eşitmişəm. «Ciddi alim» kimi de­yir­­­sən? İqrar Əliyevi deyirsən? İqrar Azərbaycan tarixi əvəzinə İran ta­­­­rixi yazıb, Azərbaycan dövlətini başqa xalqa bağışlayıb, Azərbaycan tür­­künün, Azərbaycan türk dilinin tarixinə nifrət edib. Mən iki ay dal­ba­­dal bir qəzetdə onun yanlış və zərərli ideyalarını öz sağlığında ifşa etmişəm. İndi o mənim üçün «ciddi alim» olmalıdır? Hansı obyektiv elminə görə? Sə­nin könlündən keçəni bilirəm. Sən deyirsən ki, niyə mən tarixi faktlar əsa­­sında yeni söz deyirəm? Niyə mən İqrarın dediklərini bir çox baş­qa­­ları kimi tutu quşu misalında təkrar etmirəm? Xeyr, gecdir.  Gö­rür­sən ki, gecdir, amma sənin qəlbin onu istəyir. Məqsədin nədir?

Mən o alimi ciddi alim sayıram və saymışam ki, o bu xalqın çö­rə­­­yini yeyir və bu xalqa xəyanət etmir. Bu xalqın və onun dilinin təd­qi­­qi yolunda bir damla da olsa, iş görüb.

«Ən acınacaqlısı budur ki, Q.Kazımov… ciddi alimlərə yox,  bü­­tün yaradıcılıqları boyu elmdən daha çox fantaziya ilə məşğul olan  adam­ların dediklərinə… isnad edir». Düz deyil. Mənim kitabım çıxan­dan bu bayatını eşidirəm. Mən əsas tezislərimdə alman alimi  Q.Vink­ler, fransız alimi  E.Reklü,  rus alimi  L.Reder, türk alimi Ahmet Ca­vad, Azərbaycan alimləri Y.B.Yusifov, T.İ.Hacıyev, Q.A.Qeybullayev ki­­­mi alimlərə istinad etmişəm. Bu alimlərin bir tükünü sənin dediyin «cid­di alim»ə dəyişmərəm.

 Q.Qeybullayev haqqında sözümü hələ 1997-ci ildə nəşr etdirdi­yim «Sə­nət düşüncələri» kitabımda demişəm: «Q.Qeybullayev «Azər­bay­­­can­lı­ların etnogenezinə dair» (1991) əsərində  Şumer dövründən bə­ri  Azər­bay­can ərazisində yaşamış tayfaların etnik mənsubiyyətini  ay­­­dın­laş­dır­maq baxımından  misilsiz iş görmüşdür.  Onun bu sahədəki əmə­­­yi dil ta­rix­­çilərinin küll halında əməyindən xeyli üs­tün­dür».(s.297). Moskvanın ali məktəblər üçün buraxdığı «Qədim dünya ta­rixi» kitabında qədim Şər­qi, Ön Asiyanı öyrənən qüdrətli alimlərin ad­ları arasında sənin dediyin «cid­­di alim»in adı yoxdur, orada İ.M.Dya­konov, V.A.Belyavski və Y.B.Yu­­sifovun adları var. (1985, s.105) Yusif Yusifov həqiqi vətən ta­ri­xi­ni yazdığı üçün akademik nəşrin (1998) 1-ci cildinin girişi bütün sualtı axın­­la onun əleyhinədir və bu girişdə ən cəfəng alimlərin adı var, amma Y.Yu­­sifov kimi həqiqi ta­rixçinin adı yoxdur. T.İ.Hacıyev  Azərbaycan di­li­­nin ən qədim döv­rü­nün düzgün tədqiqinə ilkin istiqamət verən və bu sa­hə­­də böyük mək­təb yaratmış bir alimdir. Onun tədqiqləri hələ 70-80-ci il­­lərdə Azər­baycan dilçilik tədqiqatının ən şöhrətli hissəsini təşkil et­miş­dir. Ha­belə sonrakı dövrdə də.

«Acınacaqlısı» o deyil, «acınacaqlısı» budur ki, qəlb bunları gö­tür­mür.

İndi bir az da aydın şəkildə gələk «ürək» məsələsinə. Bütün bu hən­­­ga­mələrin səbəbi ürəkdir. Yaman problem atmısan ortalığa. Özün bil­­mədən hər şeyi açmısan.  Elə bilirsən, sən mənim ideyalarımı bə­yən­­­məyəndə mən güman edəcəyəm ki, sən bunu elm naminə edirsən? Xeyr! Səni heç elm maraqlandırmır da.  Mən 600 səhifəlik kitab yaz­mı­­­şam. Sən iki-üç cümlədə  mənim bütün ideyalarımın yanlış və gül­mə­­­li olduğunu söyləyirsən. Elm sənin yazdığın kimi olmur. Kitabın ide­­yalarını bir neçə cümlə ilə heç eləmək olmaz. Sən mənim de­dik­lə­ri­­mi təkzib etmək üçün kitabımdan böyük kitab yazmalısan – həm mə­ni təkzib etməli, həm də düzgün hesab etdiyini göstərməlisən. Bunu sən elə­yə bilməzsən. Elm ona deyərlər ki, bir-bir qoyasan ortalığa, de­yə­­­sən ki, qağa, bax mən də sənə kömək etmək istəyirəm. Amma  bu mə­­­sələni be­lə yox, gəl belə qoyaq – çünki əsli belədir.

Onda olar elm. Amma sən başqa yol tutursan: ermənilərin, rus­la­rın, iranşünasların dediklərini deyirsən.

Mən öz xalqımın tarixini yazmaq istəyirəm. Erməni, rus, iran­şü­nas in­­di mənə o qədər də mane ola bilmir, indi sən yapışmısan ya­xam­­dan. Ni­yə, məqsədin nəlir? Sən mənə kömək etməlisən, kömək elə­­mir­­­­sən, heç ol­­masa, mane olma. Yenə deyirəm: sən elm xatirinə da­nış­­­­mırsan, sənin məq­­sədin ayrıdır.

Axı biz hamımız bu torpağın oğluyuq. Bu torpağın havası, suyu, çö­­­rəyi ilə yaşayırıq. Ölkənin əsas əhalisi türklərdir. Türklər bir ma­ğ­mın xalqdır və heç kəsə heç nə demir. Mən istəyirəm bu xalqın həqiqi ta­­­­­rixini üzə çıxaram. Bəs sən nə istəyirsən? Sən niyə mənim sözümü yox, düşmən sözünü üstün tutursan?

Daha iş ki bura gəlib çatdı, məcburam açıq deməyə. Sən elm xati­rinə danışmırsan. Sənin etnik ürəyin mənim dediklərimi götürmür.

Görürsən, baş nə qədər işləsə də, ürək mane olur, qoymur. Sən o prob­lemi düz tutmusan.

Mənim ürəyimin dedikləri lap, lap, uzaq başı, uydurma da olsa (nəizübillah!), vətənin xeyrinədir, sənin ürəyinin dedikləri lap həqiqət də olsa (qətiyyən belə deyil!),  əgər bu ölkəni vətən sayırsansa, onun zə­rərinədir.

Amma mən sənin kimi olmaram. Yəni bu mənada ki, mən öz ta­ri­­­ximi yazıram. Sən də öz tarixini yazsan, mən sənə mane olmaram. Sən qədim türklərlə bağlı (mənə dediyin kimi) çox «zəhmət çək­mi­sən», çoxlu əsər yazmısan. Amma o əsərlərin heç birində türk ürəyi yox­­dur. Onlar təzədən yazılmalıdır. Hər bir xalqın tarixini o xalqın öz oğlu yazmalıdır. Bir xalqın tarixinin əleyhdarının onun tarixini yaz­­­­ması düzgün deyil. Çünki həqiqətləri açıb-göstərmək üçün onun ürə­yi imkan verməz.

Beləliklə, sən də ürəyin hökmü ilə yazırsan, mən də. Mə­nim­ki­nin zə­­rəri yoxdur. Mən öz ürəyimin hökmü ilə öz xalqımın tarixini ya­zı­­­ram. Və sənin tarixinin qədimliyini danmıram, bir şey de­mi­rəm. Bir qə­dər əv­vəl «Talışo səda» qəzetində belə məqalələriniz var idi: «Azər­baycanın qə­­­dim dili. Talış dili». Mən bir şey demədim ki?  Yaz, sü­­but eləyə bi­lir­sən, elə. İqrar Əliyev sənin indi dediyin kimi yaz­mış­dı, söküb-dağıdırlar, aka­­demikin məhsulu heçə çıxır. Çünki əsl zə­rərli fan­­taziya o idi. Axı yax­şı olmazmı  ki, yazılan düz olsun, qalsın?

Amma sənin ürəyinin dedikləri zərərlidir. Sən kimə xidmət et­di­­yi­ni gərək əməlli düşünəsən. Sən başqasının işinə qarışırsan,  həsəd apa­rır­san, paxıllıq edirsən, iftira yağdırırsan. O tarixin açılmasına im­­kan ver­məmək istəyirsən. Amma gecdir. Ora  bir mən yox, çoxları yol tapıb və çox düz yol tapıblar. Öz işinlə məşbul olsan, daha yaxşı olar. Madam, mə­sələn, tat ola-ola, Azərbaycan dilinin, Azər­baycan xal­qının tarixi ilə bağ­lı bir akademiya qədər iş görmüş Q.Qeybullayev ki­­mi təmiz ürəklə ya­za bilmirsən, yazma,  başqa bir xalqın tarixi ilə məş­ğul ol.

Mən sözümü dedim. Amma hələ çox şeyi demədim. Həm də bu­­nu tək sənə yox, eyni tipli hamıya deyirəm.

Qardaş, mənə kömyin lazım deyil, mane olma.

Demirəm ermənilər kimi eləyək, deyirəm onlardan ibrət götürək. Mil­­li tariximiz, milli dilimiz naminə…

 

Professor Qəzənfər Kazımov

29.06.07

Kredo qəzeti, 07.07.2007, 14.07.2007 və 21.07.2007

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir